11 
İyl
2017
09:09
12
150
9497
Virtual karabakh

Manaf Ağayevin qohumu qəzaya düşdü: Ölən var – YENİLƏNİB

11 İyl, 2017
09:09
9497

Manaf Ağayevin qohumu qəzaya düşdü: Ölən var – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində Cəbrayıl rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlunun idarə etdiyi VAZ-2106 markalı, 63 BA 432 dövlət nömrə nişanlı  avtomobillə Füzuli sakini, 1983-cü il təvəllüdlü Ağayev Mahir Zahid oğlunun idarə etdiyi “Niva” markalı 90 ZS 450 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə VAZ-2106-da olan sərnişin, Cəbrayıl rayon sakini, 1958-ci il təvəllüdlü Məhəmməd Nəbi oğlu Əliyev ölüb. Onun nəvəsi, 2014-cü il təvəllüdlü Əliyev Süleyman Vüsal oğlu Saatlı rayon xəstəxanasına və oğlu, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlu isə açıq kəllə-beyin travması, komatoz vəziyyətdə  Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Həkimlər Vüsal Əliyevin vəziyyətini çox ağır kimi qiymətləndirir.

Qeyd edək ki, “Niva” markalı avtomobilin sürücüsü tanınmış müğənni Manaf Ağayevin yaxın qohumu olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

08:40

Sabirabadda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, rayonun Sarıxanbəyli kəndində “VAZ-2107” markalı avtomobillə motosikletin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Salyan sakini, 37 yaşlı Vüsal Tapdıq oğlu Abdullayev Salyan Rayon Mərkəzi Xəstəxanasına (SRMX), Sarıxanbəyli kənd sakinləri - 40 yaşlı Ramin Əmrah oğlu Əliyev, 31 yaşlı Rəşad Taqət oğlu Əliyev, 40 yaşlı Tural Kamil oğlu Məmmədov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vüsal Abdullayev SRMX-nin Cərrahiyyə şöbəsində əməliyyat olunub, lakin vəziyyəti ağır olduğu üçün həkimlərin səylərinə baxmayaraq əməliyyat masasında dünyasını dəyişib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri