11 
İyl
2017
15:56
245
24
13512
Virtual karabakh

Qalmaqallı veriliş bağlandı

11 İyl, 2017
15:56
13512

Qalmaqallı veriliş bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB kanalında yayımlanan “Yarımada” verilişinin yayımı dayandırılıb.

Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, proqram iyunun 30-dan etibarən efirə getmir. Verilişin aparılığını Ülvira Qarayeva və Yeganə Cansail edirdi. 

Realiti-şou yarışma xarakterli idi. Formata əsasən, verilişin iştirakçıları müxtəlif tapşırıqları yerinə yetirirdilər.

Qeyd edək ki, “Yarımada” yayıma başlamazdan öncə Ülvira və Yeganə arasında qalmaqal yaşanmışdı. Aparıcılar bir-birinin ünvanına sərt sözlər səsləndirmişdi. Onlar proqram yayımlanan ərəfədə də bir-biri ilə küsülü idilər.

ARB-nin rəsmisi İsmayıl Həsənov isə bildirib ki, verilişin bağlanma səbəbi telekanalın yeni mövsümdən fərqli formata keçidi ilə əlaqədardır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri