Əməliyyatdan çıxan əməkdar artistə təcili qan lazımdır
Əməliyyatdan çıxan əməkdar artistə təcili qan lazımdır
İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan “Vicdan haqqı” serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır. Əldə etdiyimiz məlumata görə, aktyora 3+ rezurslu qan köçürülməlidir.
Oxu.Az xəbər verir ki, aktyor yenicag.az-a açıqlamasında səhhətinin yaxşı olduğunu, lakin qanazlığından əziyyət çəkdiyini deyib:
“Beş gündür ki, palataya köçürülmüşəm. İndi yaxşıyam. Qanım az olduğu üçün ayağa duranda başım hərlənir. Qan vurulacaq”.
Cərrah Cəfər Nəsirli də saytımıza açıqlamasında aktyorun qanazlığından əziyyət çəkdiyini deyib: “Əslində, İlham Hüseynovun əməliyyatdan öncə də qanazlığı problemi olub. Onun qana ehtiyacı var. Səhhəti yaxşıdır, iki-üç günə evə buraxılacaq”.
Z.Q.
www.oxu.az