12 
İyl
2017
22:22
68
236
25234
Virtual karabakh

“Banu” “Space”dən niyə getdi? – SƏBƏBLƏR

12 İyl, 2017
22:22
25234

“Banu” “Space”dən niyə getdi? – SƏBƏBLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Space” telekanalının simalarından olan Günel Həsənzadənin iş yerinin dəyişməsinin bəzi detalları məlum olub.

Oxu.Az xəbər verir ki, Ölkə.Az-ın əldə etdiyi məlumata görə, son zamanlar bu telekanalda işçilərin əmək haqlarının verilməsi ilə bağlı problem yaranıb və G.Həsənzadə də bu səbəbdən ARB-dən gələn təklifi dəyərləndirib.

Həmçinin qeyd edilir ki, telekanal rəhbəri Vaqif Mustafayevlə aparıcının münasibətləri bir neçə ildir ki yaxşı deyil. 

Belə ki, təxminən üç il öncə Kəmalə Xəlilovanın telekanalda rəhbər vəzifələrdən birinə təyin edilməsindən sonra Günel Həsənzadə iş yerindən ayrılmağı düşünsə də, son anda onu fikrindən daşındıra biliblər.

Xatırladaq ki, G.Həsənzadə “Space”də bir sıra verilişlərin aparıcısı olub. O, bu telekanalda daha çox “Banu” verilişinin aparıcısı kimi tanınırdı.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri