13 
İyl
2017
11:52
29
196
7369
Virtual karabakh

Xalq artisti kövrəltdi: Ölümümü gözləyirəm

13 İyl, 2017
11:52
7369

Xalq artisti kövrəltdi: Ölümümü gözləyirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddətdir ki, xəstəliklə mübarizə aparan Xalq artisti, tanınmış xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb.

Oxu.Az xəbər verir ki, Yenicag.az-a açıqlama verən ustad xanəndə həyatından şikayət etmədiyini deyib.

“Daha üzü 89-a doğru gedirəm. Az yaş deyil. Bu yaşda hər kəs xəstə olur. Xəstəliyin də adı – qocalıqdır. Mənim də diaqnozum odur. Qoca kişiyəm, evdə oturub ölümümü gözləyirəm. Hərdən başımı qatmaq üçün Əliağa Vahidin qəzəllərini oxuyuram. Televizorda köhnə lent yazılarımı verəndə qulaq asıram. Nəvələrim, uşaqlarım yanıma gəlir, eynimi açmağa çalışırlar. Amma heç vaxt kədərlənmirəm, çünki Allah verdiyi ömrü ürəyim istəyən kimi yaşamışam, heç vaxt həyatımdan şikayətçi olmamışam. Ölüm də Allahın əmridir, nə vaxt gəlsə, canımı alsın”.

Qeyd edək ki, uzun müddətdir Xalq artistinin səhhətində problemlər yaranıb. Xanəndə ev şəraitində müalicə olunur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri