14 
İyl
2017
16:09
50
27
9334
yuxarı
Həbsdən çıxan müğənnidən yeni albom və fotosessiya – FOTO
14 İyl, 2017
16:09
9334
50
27
Həbsdən çıxan müğənnidən yeni albom və fotosessiya – FOTO
İki il yarım əvvəl narkotik maddə ticarəti ilə bağlı həbs olunan və ötən ay azadlığa buraxılan Türkiyənin məşhur müğənnisi Deniz Seki yeni albom və fotosessiya üzərində çalışır.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, albomda yer alan iki mahnının söz və musiqisi D.Sekinin özünə aiddir. İfaçı onları həbsdə olarkən yazıb.
Deniz Seki “Şükür kavuşturana” adlı sinqlını artıq təqdim edib, onun üzərində Ozan Çolakoğlu və İskender Paydaş ilə birlikdə çalışıb.
İfaçının bu günə qədər 8 albomu işıq üzü görüb.
O, həmçinin “BeStyle Magazine” jurnalının iyul ayı buraxılışının üz qabığında çəkilib.
Aytən Sadıqzadə
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək