20 
İyl
2017
16:32
50
116
11294
Virtual karabakh

Aysel Nazim yeni layihəsindən danışdı – VİDEO + FOTO

20 İyl, 2017
16:32
11294

Aysel Nazim yeni layihəsindən danışdı – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, teleaparıcı Aysel Nazim yeni layihə üzərində çalışır.

Oxu.Az-a bu haqda açıqlama verən A.Nazim təklifin “Space” telekanalının rəhbərliyindən edildiyini bildirdi.

“Hazırda “Space”də “İdman hamı üçün” və hava proqnozunun aparıcısıyam. Rəhbərlik tərəfindən yeni verilişin aparıcısı olmaq təklifini aldım. Bu, “Kokteyl Aysel Nazim ilə” adlanır. Teleməkanın yeni maqazin verilişi olacaq”.

Aysel Nazim bu verilişlə şou-biznesdə səs-küy yaradacığını da söylədi: “Tamaşaçıların sevimli və gözlədiyi proqram hazırlayacağımıza söz verirəm. Verilişdə yerli və xarici şou-biznes xəbərləri yer alacaq. Çəkilişlər təkcə Bakıda deyil, həm də Türkiyədə aparılacaq. Türk şou-biznesindən eksklüziv müsahibələr, özəl reportajlar olacaq”.

Hazırda anonsları nümayiş olunan veriliş, avqust ayından etibarən yayımlanacaq.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri