28 
İyl
2017
10:19
94
174
13859
Virtual karabakh

“Jara” festivalının maraqlı görüntüləri – VİDEO + FOTO

28 İyl, 2017
10:19
13859

“Jara” festivalının maraqlı görüntüləri – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Emin Ağalarov Bakıdakı “Sea Breeze Resort” istirahət mərkəzində təşkil etdiyi  “Jara-2017” Beynəlxalq Musiqi Festivalına oğlu Mikayıl və Əli ilə qatılıb.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, əvvəlcə qırmızı xalı üzərindən keçid olub.

İlk olaraq xalı üzərinə festivalın təşkilatçısı, tanınmış bəstəkar və müğənni Emin övladları ilə birlikdə çıxıb. Daha sonra buradan Anita Tsoy və başqaları, habelə Oleq Qazmanov, Sergey Kojevnikov ailə üzvləri ilə birlikdə, Yeqor Krit, Valeriya həyat yoldaşı İosif Priqojin ilə birgə keçiblər.

“Jara” festivalının aparıcıları Yana Çurikova və Andrey Malaxov idi.

Xatırladaq ki, iyulun 28-də festival çərçivəsində qala-konsert və Sofiya Rotarunun yubileyinə həsr edilmiş musiqi proqramı təqdim olunacaq. Ertəsi gün “Jara” tamaşaçılarını Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri gözləyir.

Qeyd edək ki, festivalın ən bahalı bileti 10000 AZN-dir. Həmin biletin sahibi şouya qatılan artistlərin masasında oturur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri