Avq
2017
20:07
55
181
2756
Virtual karabakh

Türkiyə “Eurovision”a qayıdır?

7 Avq, 2017
20:07
2756

Türkiyə “Eurovision”a qayıdır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə beynəlxalq mahnı müsabiqəsi “Eurovision”da yenidən iştirak etmək niyyətində deyil.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin baş nazirinin birinci müavini Bəkir Bozdağ bəyan edib.

Bundan əvvəl, Türkiyə KİV maNga qrupunun Twitterdəki paylaşımını ölkənin 2018-ci ildə müsabiqədə iştirakına işarə kimi qəbul etmişdi. 

““Eurovision? Yenə, yenə, yenə”, - 2010-cü ildə müsabiqədə ikinci yeri tutan qrup yazıb.

KİV ehtimal edir ki, maNga ölkəni Lissabonda təmsil edəcək.

Hazırda belə bir planımız yoxdur,  IHA agentliyi Bozdağın sözlərini sitat gətirir.

“Eurovision-2018” Portuqaliyanın paytaxtı Lissabonda 8,10 və 12 may tarixlərində keçiriləcək. 

Türkiyə 2013-cü ildən müsabiqədə iştirak etmir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri