11 
Avq
2017
10:15
25
153
13560
Virtual karabakh

Məşhurların dənizdə boğulub faciəvi şəkildə ölən qohumları - SİYAHI + FOTO

11 Avq, 2017
10:15
13560

Məşhurların dənizdə boğulub faciəvi şəkildə ölən qohumları - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il olduğu kimi, bu il də yay mövsümündə dənizdə boğulma halları qeydə alınır. Son günlər ehtiyatsızlıqdan dənizdə boğulanların sayında da artım müşahidə edilib. Belə ki, dənizdə boğulanlar sırasında məşhurlar və məşhurların yaxınları da var.

Oxu.Az big.az-a istinadla yaxınları və ailə üzvləri dənizdə boğulan məşhurların siyahısını təqdim edir:

Məşhur bəstəkarlar Nailə Hikmət Mirməmmədlinin 16 yaşında olan böyük oğlu illər əvvəl dənizdə boğularaq dünyasını dəyişib.

Mərhum klarnet ustası, el arasında “Klarnetin atası” adlandırılan Ata Atakişiyevin böyük oğlu İlkin Atakişiyev 1996-ci ildə dənizdə boğularaq vəfat edib.

Müğənni Tacir Şahmalıoğlunun ən kiçik qardaşı, 36 yaşlı Mahir Allahverdiyev də dənizdə boğularaq dünyasını dəyişənlər sırasındadır. Hadisə 2015-cil iyul ayının 15-i baş verib.

Bundan əlavə, tanınmış azərbaycanlı model “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, eyni zamanda, fitnes məşqçisi olan Günel Mirzəyeva da cari ilin iyun ayının 27-də Bilgəh çimərliyində bataraq dünyasını dəyişib.

Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovun əmisi nəvəsi də dənizdə batıb. Faciəvi şəkildə ölən azyaşlının adı İdris olub. N.İsmayılov bu haqda özü məlumat verib və kədərini belə ifadə edib: “Əzizimiz İdris dünən axşam saatlarında dənizdə batıb. Dəniz dalğalı olduğundan axtarışlar nəticə verməyib. Nurlu, məsum İdrisimizi dəniz qoynuna aldı”.

ARB kanalının aparıcısı Hüseyn Azərinin qardaşı, 29 yaşlı Cavid Əzizov da bu ilin 31 iyulunda Kürdəxanı çimərliyində boğularaq dünyasını dəyişib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri