11 
Avq
2017
14:20
111
286
19727
Virtual karabakh

Rihanna ərəb milyarderlə nişanlandı - FOTO

11 Avq, 2017
14:20
19727

Rihanna ərəb milyarderlə nişanlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən məşhur müğənnilərindən biri, əslən Barbadosdan olan amerikalı Robin Rihanna Fenti və ya sadəcə, Rihanna Səudiyyə Ərəbistanının ən məşhur, ən zəngin iş adamlarından biri Əbdül Lətif Cəmilin oğlu Həsən Cəmillə nişanlanıb.

Oxu.az Milli.az-a istinadən bildirir ki, 29 yaşlı müğənni ilə onun yaşıdı, 29 yaşlı milyarder Həsən Cəmil nişanlandıqlarını gizli saxlayır, bu barədə heç bir açıqlama vermirlər.

Həsən Cəmilin atası Əbdül Cəmil 1955-ci ildə Səudiyyə Ərəbistanında "Toyota" (Yaponiya) avtomobil konserninin ilk rəsmi dileri statusunu almış "Abdul Latif Jameel Motors" şirkətinin banisi Əbdül Lətif Cəmilin oğludur.

"Abdul Latif Jameel Motors" indi Səudiyyə Ərəbistanı ilə yanaşı, bütün Fars Körfəzi və Yaxın Şərq ölkələrində ən böyük avtomobil satışı şirkətidir.

Şirkət 49 brendin istehsalı olan nəqliyyat vasitələrini satır.

29 yaşlı Həsən Cəmil 2012-ci ildə Parisdə incəsənət eksperti Lina Lazarla evlənib.

Lakin onlar 2016-cı ildə boşanıblar.

Rihanna da elə həmin il sevgilisindən, reper Dreykdən ayrılmışdı.

Həsən Cəmil boşanandan sonra bir sıra ulduzlar, o cümlədən Naomi Kempbell ilə sevgili olub.

Son 11 il ərzində "Sotheby's" hərrac evinin eksperti kimi çalışan, Yaxın Şərqdə "İncəsənət aləminin 10 ən nüfuzlu qadını" reytinqində yer alan Lina Lazar Cəmilin də artıq sevgilisi var.

C.İ.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri