17 
Avq
2017
14:34
419
76
36830
Virtual karabakh

“Qarabağ”ın futbolçusu azərbaycanlı teleaparıcıya qarşı jest etdi – FOTO

17 Avq, 2017
14:34
36830

“Qarabağ”ın futbolçusu azərbaycanlı teleaparıcıya qarşı jest etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətov “CBC Sport” telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərib.

Oxu.Az xəbər verir ki, Ölkə.Az-a bu barədə məlumat verən şəxs qeyd edir ki, ulduzu parlayan futbolçumuz cazibədar aparıcıya jest edərək telekanala Nərmin Cana çatdırılması üçün gül buketi göndərib. 

Nərmin Can isə öz növbəsində gül buketini qəbul edib. Gənc futbolçumuzun cazibədar teleaparıcıya qarşı sevgi hissi bəslədiyi deyilir. 

Qeyd edək ki, Mahir Mədətov UEFA Çempionlar Liqasının "play-off" mərhələsinin ilk oyununda Danimarkanın “Kophenagen” komandasının qapısına vurduğu qoldan sonra yenidən diqqət mərkəzinə düşüb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri