Sen
2017
11:47
47
120
8329
Virtual karabakh

Nazpəri Dostəliyeva: Özünü doğramaqdansa, malımı qaytarsın

6 Sen, 2017
11:47
8329

Nazpəri Dostəliyeva: Özünü doğramaqdansa, malımı qaytarsın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis idarəsində intihara cəhd edib.

Cavid Əliyev Nərimanov RPİ-də qolunu kəsici alətlə kəsərək, intihara cəhd göstərib. Yaralı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Oxu.Az Yenicag.az-a istinadla xəbər verir ki, Nazpəri Dostəliyeva bu barədə danışmaq istəmədiyini desə də, məsələyə belə aydınlıq gətirib: “Bu, istintaq sirridir, mənə danışmaq qadağan olunub. Buna görə susuram. Hadisəni törədənlər tapılıb. Onun özünü doğraması ilə bağlı xəbərdən məlumatsızam. Anlamadım, o polis idarəsində özünü necə doğrayıb, damarını kəsmək üçün kəsici aləti haradan tapıb? Özünü niyə doğrayır, məndən oğurladıqlarını gətirib özümə qaytarsın. Apardıqlarını bircə-bircə qaytaracaq”.

Xatırladaq ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisində külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Hadisənin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü — Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov saxlanılıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri