11 
Sen
2017
16:11
377
31
4681
yuxarı
Mustafa Ceceli Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
11 Sen, 2017
16:11
4681
377
31
Mustafa Ceceli Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Mustafa Ceceli dünən Bakıya gəlib. O, azərbaycanlı biznesmenin oğlunun nişan mərasiminə qatılıb.
Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, Mustafa Ceceli bu gün Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra isə o, aktrisa Məlahət Abbasovanın “Məlahətli söhbətlər” verilişinin çəkilişinə qatılıb.
Qeyd edək ki, M.Ceceli paytaxtımıza bəstəkar Kəmalə Qasımovanın dəvəti ilə gəlib. O, Mustafa üçün mahnı da yazıb. Bəstənin klipində Azərbaycanın tarixi məkanlarının görüntüləri yer alacaq.
Ötən gün nişan mərasimi baş tutan Fərrux və Güləndam K.Qasımovanın qohumudur.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək