12 
Sen
2017
17:00
164
48
8689
Virtual karabakh

Aparıcı DNT testi sayəsində canlı yayımda doğma anasına qovuşdu - VİDEO

12 Sen, 2017
17:00
8689

Aparıcı DNT testi sayəsində canlı yayımda doğma anasına qovuşdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli aparıcı Cem Sünbül əsl ailəsini tapmaq üçün “Həyatdan hekayələr” (“Yaşamdan  hikayeler”) adlı verilişə müraciət edib.

Oxu.Az xəbər verir ki, teleaparıcı 1975-ci ildə, İstanbulda Zeynep Kamil xəstəxanasında dünyaya gəlib. O, doğulanda anasının 17 yaşı olub. İddiaya görə, həmin xəstəxananın əməkdaşı anaya körpənin öldüyünü söyləyib və Cem Sünbül uşağı olmayan başqa bir ailəyə övladlığa verilib. C.Sünbül bu həqiqəti 28 il sonra öyrənib.

O, əsl ata-anasını tapmaq üçün onu övladlığa götürən valideynlərinin ölümünü gözləyib. Hər ikisi vəfat etdikdən sonra “TV8”-də yayımlanan “Həyatdan hekayələr” adlı canlı yayıma qatılıb.

Daha sonra bir qadın telefonla proqrama bağlanaraq, C.Sünbül ilə eyni həyatı yaşadığını bildirib və onun anası ola biləcəyini iddia edib. Onlar DNT testi vermək qərarına gəliblər. Testin nəticələri canlı yayımda səsləndirilib və həmin qadının C.Sünbülün anası olduğu təsdiqini tapıb. 

Qadın telefonla canlı yayıma bağlanaraq, “Sən mənim oğlumsan. Sənə qurban olum. Çox şükür” deyib.

Cem Sünbül “Artıq rahatlıqla “Anam,  Allaha çox şükür” deyirəm. Həqiqətən, əksini heç düşünmək istəmirdim, amma yüzdə bir ehtimal var idi. Biz görüşdük. Simamız da çox bənzəyir. Öz aramızda testin nəticələri mənfi olarsa, yenidən etdirərik, deyirdik” söyləyib.

Beləliklə, aparıcı 42 ildən sonra doğma anasına qovuşub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri