13 
Sen
2017
11:19
51
167
16863
Virtual karabakh

Azərbaycanlı müğənni Türkiyə telekanalında aparıcılıq edəcək – FOTO

Azərbaycanlı müğənni Afaq Aslan Türkiyə telekanallarının birində aparıcılığa başlayır.

Bu barədə Oxu.Az-a ifaçı özü məlumat verib. O, bildirib ki, bu sahədə də özünü sınayacaq: “Bildiyiniz kimi, mənim Türkiyənin məşhur şirkətlərindən biri ilə müqaviləm var. Yəni yaradıcılığımla bağlı bütün detalları onlar həyata keçirir. Bir müddət öncə Türkiyədə Rəcəb Tayyib Ərdoğana dəstək kampaniyasında iştirak etdim. Demək olar ki, həmin ərəfədə Türkiyənin ən populyar telekanalları, saytları məndən yazdı. Onların marağını çəkdiyim üçün çox xoşbəxt oldum. Elə həmin ərəfədə də aparıcılıq təklifi aldım. Bütün bu işlərlə müqavilə imzaladığım şirkət məşğuldur. Buna görə daha ətraflı açıqlama verə bilmərəm. Bircə onu deyə bilərəm ki, mən tərəfdən razılıq verilib”.

A.Aslan onu da əlavə edib ki, bu mövsüm yaradıcılığına fasilə verməyəcək: “Mən hər zaman yeni layihələr edib, kənara çəkilmişəm. Amma bu mövsüm belə olmayacaq. Bu il mənim olacaq. Hər bir işim kimi, yeni layihələrim də hər kəsin ağzına söz salacaq. Amma onu deyim ki, bir insanı müzakirə etmirlərsə, demək ki, o ölüb. Mən hələ ölməmişəm, müzakirə etsinlər”.

Qeyd edək ki, A.Aslan yeni fotosessiyasını da təqdim edib.

A.S.
www.oxu.az

Digər Şou-biznes xəbərləri