13 
Sen
2017
15:44
43
33
21071
Virtual karabakh

Azərbaycanlıların iştirak etdiyi verilişin iştirakçısı həbs olundu - VİDEO + FOTO

13 Sen, 2017
15:44
21071

Azərbaycanlıların iştirak etdiyi verilişin iştirakçısı həbs olundu - VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Star TV”-də yayımlanan “Zuhal Topalla” evlilik verilişinin iştirakçısı olmuş Birkan fahişəlik xidmətlərini təklif edən saytla əməkdaşlıq etdiyi üçün həbs olunub.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 54 eskort saytda 700-dən çox qadının fahişəliyə cəlb olunduğu məlum olub. Həmin qadınlar 1000-6000 TL arasında müştərilərə xidmət göstərib. Şəbəkəyə daxil olan 23 nəfərdən 20-si polis əməkdaşları tərəfindən saxlanılıb.

Birkanın biri azərbaycanlı olmaqla, iki qadını fahişəliyə sürüklədiyi məlum olub. Onun adıçəkilən evlilik proqramının iştirakçıları - Sevgi (türk) və Esmira (azərbaycanlı) ilə yataq fotoları da yayılmışdı.

Türkiyə mətbuatında qeyd olunur ki, Zuhal Topal və verilişin yaradıcı heyəti Birkanın dəfələrlə təkrarlanan qalmaqallarına baxmayaraq, reytinq naminə onu proqramdan uzaqlaşdırmamış, əksinə, onunla cəsur Anadolu obrazı yaratmışdılar.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri