19 
Sen
2017
13:46
536
59
23653
Virtual karabakh

Əməkdar artist : Azərbaycanlı müğənnilərin çoxu "mamaroza"dır

19 Sen, 2017
13:46
23653

Əməkdar artist : Azərbaycanlı müğənnilərin çoxu "mamaroza"dır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov həmkarları haqda sərt fikirlər səsləndirib.

Oxu.Az xəbər verir ki, AZXEBER.COM-un məlumatına görə, müğənni qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib: "Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız daşıyır. Şou-biznesdə olan "mamaroza" və "paparoza"lar heç bir sahədə yoxdur. İnsan alveri və əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər".

Əməkdar artist həmçinin qeyd edib ki, həmin müğənniləri adbaad tanıyır və adlarını açıqlaya bilər. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri