19 
Sen
2017
22:13
121
514
47293
Virtual karabakh

Meyxanaçılar toyda əlbəyaxa oldular – VİDEO + YENİLƏNİB

19 Sen, 2017
22:13
47293

Meyxanaçılar toyda əlbəyaxa oldular – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında dava düşüb.

Oxu.Az A24.Az-a istinadən xəbər verir ki, kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar.

Davaya səbəb isə Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırmasıdır. Buna qəzəblənən Rəşad həmkarına hücum çəkib. Nəticədə toy da yarımçıq dayandırılıb.

Daha sonra Rəşad Dağlı və Bakıdan onunla birlikdə gələn Vüqar Biləcəri toyu tərk edib.

18:05

Biz Rəşad Dağlı ilə dalaşmamışıq.

Oxu.Az xəbər verir ki, bunu Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında düşən davaya münasibət bildirən Nicat Mənalı deyib.

O bildirib ki, toyda Rəşad Dağlı və Orxan Lökbatanlı qafiyə tutub.

“Sadəcə, deyişmə zamanı məclisdə olan gənc meyxanaçılar mənim Rəşada və Orxana cavab verməyimə imkan vermədilər. Dəfələrlə onlara xəbərdarlıq etsəm də, alınmadı. Bundan əsəbiləşərək, meyxananı saxladım”.

Meyxanaçının sözlərinə görə, bunu Rəşad Dağlı düz anlamayıb və onun sözünün kəsilməsi kimi başa düşüb.

Nicat Mənalı Rəşad Dağlı ilə məsələni yoluna qoyduqlarını və aralarında heç bir narazılığın qalmadığını deyib.

14:49

Masallının Boradigah kəndində keçirilən toy mərasimində meyxanaçılar arasında dava  düşüb.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn Rəşad Dağlı Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar.

Davaya səbəb isə Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırmasıdır. Buna qəzəblənən Rəşad həmkarına hücum çəkib. Nəticədə toy da yarımçıq dayandırılıb.

Daha sonra Rəşad Dağlı və onunla birlikdə gələn Vüqar Biləcəri toyu tərk ediblər.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri