Okt
2017
16:53
157
38
5356
Virtual karabakh

Aygün Kazımova mükafatlandırma mərasimindən imtina etdi

9 Okt, 2017
16:53
5356

Aygün Kazımova mükafatlandırma mərasimindən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq artisti Aygün Kazımova Türkiyə keçiriləcək “Altın Kelebek Ödülleri - 2017” mükafatlandırma mərasimində iştirakdan imtina edib.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artistinin prodüseri Şahin Qurbanov bildirib.

Onun sözlərinə görə, ifaçının mükafatlandırma mərasimindən imtina etməsinin səbəbi gərgin iş qrafikidir: “Aygün Kazımovanın bu il təşkil olunacaq “Altın Kelebek” mükafatlandırma mərasimində iştirak etməyə vaxtı yoxdur. Bizim qrafikimiz ilin əvvəlindən müəyyənləşib. Bilirsiniz ki, səkkiz ay “Crystal Hall” konsertinə hazırlıq gedib. Sentyabr ayında möhtəşəm konsert baş tutdu.

Hazırda isə Aygün xanım noyabr ayında baş tutacaq “Daf Bama Music Awards” üçün hazırlıqlara başlayıb. O, Azərbaycanı təmsil edəcək. Demək olar ki, istirahətə vaxtı yoxdur.

“Altın Kelebek” mükafatlandırma gecəsi isə dekabr ayında olacaq. Həmin tarixə də imzalanmış müqavilələrimiz, eyni zamanda, Həmrəylik Günü və Yeni il ilə əlaqədar bir sıra çıxışlarımız var. Bu səbəbdən təklifi rədd etməli olduq. Əlbəttə ki, çox istərdik, bu mükafatlandırma mərasimində iştirak edək. Azərbaycanı hansı sənətkarımız təmsil edəcəksə, ona uğur arzu edirik”.

Xatırladaq ki, Aygün Kazımova 2012-ci ildə Türkiyədə təşkil olunan “Altın Kelebek” mükafatlandırma mərasimində iştirak edib.

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri