10 
Okt
2017
00:44
41
143
10316
Virtual karabakh

Ağadadaş Ağayev plagiatda ittiham olunur – VİDEO

10 Okt, 2017
00:44
10316

Ağadadaş Ağayev plagiatda ittiham olunur – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Ağadadaş Ağayevin  uzun müddət dillərdən düşməyən və kifayət qədər populyar olan “Sevirəm de” mahnısı kimə aid olduğu bu günlərdə geniş müzakirə olunur. 

Bir müddət öncə sosial şəbəkələrdə ermənilərin bu mahnını oğurladıqları ilə bağlı video yayılıb. Erməni Zura Hanukaevin ifa etdiyi “Ti moy angel” adlı mahnının bəstəkarının Natalya Erenburq olduğunu iddia edilir. 2017-ci ilin hiti başlığı ilə YouTube video portalında yerləşdirilən mahnı qısa zamanda 300 min istifadəçi tərəfindən izlənilib.

Oxu.Az-ın xəbərinə görə, ermənilərin növbəti plagiatını ifşa etmək məqsədi ilə “XəzərXəbər” mahnının bəstəkarı olduğunu deyən Ağadadaş Ağayevlə əlaqə saxlamağa çalışıb. 

Müğənni bir neçə dəfə müsahibə verəcəyini bildirsə də, vədinə əməl etməyib. Ağadadaş Ağayevin ermənilərin oğurladığı mahnısına qarşı laqeyd və birmənalı olmayan mövqeyinin səbəbi ilk olaraq qaranlıq qalsa da, kiçik bir araşdırmadan sonra məsələ aydın olub.

Məlum olub ki , Ağadadaş Ağayevdən təxminən bir neçə il öncə “Sevirəm de” mahnısını fars bəstəkar- müğənni Gita Şirazda ifa edib. Mahnı farsca “Age Eshgh Hamine “ tərcümədə “Əgər sevgi eynidirsə” adlanır. Burada haqlı olaraq sual yaranır. “Mahnını kim kimdən oğurlayıb?!”

Məsələ ilə bağlı Bəstəkarlar İttifaqından bildirilib ki, onlar yalnız peşəkar bəstəkarlarla çalışırlar. 

Qeyd olunan mahnı bu kateqoriyaya aid deyil. Məsələnin hüquqi tərəfini araşdırdıqda isə məlum olub ki, “Sevirəm de” mahnısı Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilməyib. Yəni, mahnının Ağadadaş Ağayevə məxsusluğunu təsdiqləyən rəsmi sənəd yoxdur. Müəllif Hüquqları Agentliyində yaranan vəziyyətlə bağlı yalnız araşdırma aparıldıqdan məlumat veriləcəyi bildirilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri