10 
Okt
2017
13:55
32
167
7821
Virtual karabakh

Əməkdar artist: Yoldaşım öləndən sonra ruhu məndən əl çəkmir – VİDEO

“ARB TV”-nin “Ömrün fəsilləri” proqramının budəfəki qonağı Əməkdar artist Hicran Nəsirova olub.

Oxu.Az xəbər verir ki, o, başına gələn qeyri-adi əhvalatı verilişdə danışıb.

“Gecə 12-də dərman içməli idim. Suyu da həmişə pəncərənin yanına qoyurdum ki, sərin olsun. Suyu götürüb içə-içə yerimə baxanda, görmüşəm ki, mən də orada uzanmışam. “Bismillah” deyəndən sonra gedib. O, gedəndən sonra gedib, çarpayıda oturdum. Yata bilmədim”.

Aktrisa yoldaşının ruhunu yanında hiss etdiyini bildirib: “Yoldaşım məni çox sevirdi. Amma elə şeylər etdilər ki... Bu haqda efirdə danışmaq istəmirəm. Bir ara yoldaşımla aramızda soyuqluq yarandı. Amma o, rəhmətə gedəndən sonra ruhu məndən əl çəkmədi. Onu hər yerdə hiss edirdim”.

 A.S.
www.oxu.az

 

Digər Şou-biznes xəbərləri