10 
Okt
2017
18:00
147
1009
18718
Virtual karabakh

Aysel Əlizadə: Maaşı 300-400 manat olan oğlana ərə getmərəm

10 Okt, 2017
18:00
18718

Aysel Əlizadə: Maaşı 300-400 manat olan oğlana ərə getmərəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnsan sevgisiz yaşaya bilməz. Bu, şərt deyil ki, qarşı tərəfdə mütləq kimsə olmalıdır. İnsanın həyatda sevdiyi şəxs olmalıdır. Onun üçün özəl olmalıdır, onun üçün yaşamalıdır. Bu, önəmli hisslərdir. O yoxdursa, insanın həyatda zövq alacağı nəsə olmalıdır. İnsan yaxınını, doğmasını da sevə bilər. Onların sevgisiylə də yaşaya bilər”.

Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, bunu müğənni Aysel Əlizadə deyib.

“Mən Aysel Əlizadə olaraq, çox şükür, öz ayaqlarım üstə durmağı bacarıram. Bu gün mənim müəyyən qədər qazancım var. Heç Aysel Əlizadə olmasın, olsun hansısa xanım. Heç müğənni deyil. Açıq danışacam. İki-üç min qazanan insan bu məbləğdə qazanca, bu yaşayış tərzinə öyrəşib. Bu insanın ailə qurma şansı yaranır. Ailə quracağı insan isə ayda heç 300-400 manat qazanmır. Amma deyirlər ki, sən kasıb oğlana gedərsən? Mən məntiqlə başa salmaq istəyirəm ki, elə adama gedərəm ki, həyatımı eyni şəkildə yaşamağım üçün lazım olan hər şeyi təmin etsin. Ailə quracağım insan mənə indi necə yaşayıramsa, bax o həyatı mənə yaşada bilməlidir. Yoxsa, mən depressiyaya düşərəm”. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri