12 
Okt
2017
09:43
89
139
29010
yuxarı
Azərbaycanlı aparıcı ikinci dəfə ərə gedir - FOTO
12 Okt, 2017
09:43
29010
89
139
Azərbaycanlı aparıcı ikinci dəfə ərə gedir - FOTO
Tanınmış aktrisa-aparıcı Aysel Nazim ikinci dəfə ailə quracaq.
Oxu.Az bu barədə Yenicag.az-a istinadla xəbər verir.
“Ürəyim boş deyil, artıq onu fəth edən var. Evlənməyə qərar vermişik, amma hələlik toy vaxtını dəqiqləşdirməmişik. Tələsmək istəmirik. Əsas odur ki, qərarımızda qətiyik”, - deyə o bildirib.
Aysel ailə quracağı şəxsin dostu olduğunu bildirib: “2 ildir ki, dostluq edirik. Xasiyyətimiz tutur. Mənə heç bir qadağası yoxdur, necə varamsa, elə də qəbul edir. Bu dostluq sonda sevgiyə çevrildi, özü də güclü sevgiyə… Bizi bir-birimizdən heç bir qüvvə ayıra bilməz”.
Qeyd edək ki, Aysel Nazim ilk dəfə türk vətəndaşı ilə ailə qurub. Boşanan cütlüyün 8 yaşlı oğlu var.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək