29 
Okt
2017
17:38
45
206
8497
Virtual karabakh

“Eurovision – 2018”in bütün iştirakçı ölkələri məlum oldu – SİYAHI

29 Okt, 2017
17:38
8497

“Eurovision – 2018”in bütün iştirakçı ölkələri məlum oldu – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək “Eurovision – 2018” mahnı müsabiqəsində 43 ölkənin təmsilçisi iştirak edəcək.

Oxu.Az xəbər verir ki, beynəlxalq müsabiqədə iştirakını təsdiq etmiş ölkələr bunlardır: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.

Həmçinin böyük beşlik ölkələri - İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə "Eurovision"un qalibi olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.

Bu il Ukraynada keçirilən mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri