25 
Apr
2014
17:03
28
46
9931
Virtual karabakh

“Avtostop” verilişi bağlandı

25 Apr, 2014
17:03
9931

“Avtostop” verilişi bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu, yaradıcı insan üçün ağır zərbə deməkdir”.

Xəzər televiziyasında DJ Turalın aparıcılığı ilə yayımlanan “Avtostop” verilişi bu dəfə öz efir vaxtına stop dedi.

Oxu.Az xəbər verir ki, maliyyə ucbatından yayımı dayanan proqram düz 3 il tamaşaçıların görüşünə gəlib.

DJ Tural Yusifov verilişin bağlanması ilə əlaqədar Oxu.Az-a bunları söylədi:

““Avtostop”-un sonuncu – 105-ci buraxılışı ilə aprel ayının 27-də Xəzər Tv-də saat 17.50-də tamaşaçılarla birdəfəlik sağollaşırıq.

Bütün dünyada olduğu kimi lazımlı və maarifləndirici verilişlər televiziya tərəfindən satın alınmalıdır. Bu gün isə tam fərqlidir. Öz layihəni Tv-də etmək üçün sponsor tapmalı və efir vaxtı üçün pul ödəməlisən. Sponsorun olmasa həmin pulu cibindən ödəməlisən. Bu, yaradıcı insan üçün ağır zərbə deməkdir. Bilmirsən pulu fikirləşəsən, yoxsa efiri”.

Aparıcı qeyd etdi ki, tamaşaçılar bundan sonra verilişi rəsmi YouTube kanalında izləyə biləcəklər:

“Biz “Avtostop” olaraq televiziya efirimizi öz YouTube kanalımızda davam etdirəcəyik. “Avtostop”-un rəsmi YouTube kanalı: https://www.youtube.com/channel/UCsUoL8RwXnVT7wa3uLe3lpg”.

Həmçinin veriliş radioda yayımını əvvəlki qaydada davam etdirəcək”.

“Başqa bir telekanaldan təklif gəlsə, qəbul edəcəksinizmi?” sualına isə o belə cavab verdi:

“Bundan sonra “Avtostop”-u efirində görmək istəyən kanal müasir standartlarla işləməlidir. Yəni biz efir vaxtına görə pul ödəmək fikrində deyilik. Amma bizi görmək istəyən bizi mütləq tapacaq.

Yeni mövsüm üçün çox yaxşı layihələrimiz var. Xəzər Tv-yə hər zaman dəstək olduqları üçün təşəkkür edirəm”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri