16 
Noy
2017
12:45
53
156
7910
Virtual karabakh

Türkiyəli aparıcının evi atəşə tutuldu – VİDEO

16 Noy, 2017
12:45
7910

Türkiyəli aparıcının evi atəşə tutuldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin tanınmış aparıcısı Tanem Sivarın evi qonşusu tərəfindən atəşə tutulub.

Oxu.Az xəbər verir ki, bir müddət isə əvvəl teleaparıcının Cango və Pamuk adlı iki iti zəhərləndirilərək öldürülüb. Aparıcı polisə və mediaya bunun qonşusu tərəfindən edildiyini deyib. Bundan sonra həmin qonşu T.Sivarın evinə atəş açıb. Bir neçə gün əvvəl isə hadisənin görüntüləri ortaya çıxıb.

Tanem Sivar başına gələn xoşagəlməz olayla bağlı açıqlama yayıb: “Bu adam cinayətkardır. Daha da qorxulu hadisələr törədə bilər. Media bizi dəstəklədikdən sonra o, daha da çılğınlaşdı. Həyat yoldaşıma tüfənglə atəş açdı. Buna baxmayaraq, nəzarətdə saxlanılmaq şərti ilə sərbəst buraxıldı. Çox narahatam. Mən həyat yoldaşımla birgə bu mövzu ilə bağlı əlimdən gələni edəcəyəm”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri