17 
Noy
2017
14:18
30
843
24810
Virtual karabakh

Zaur Kamal 7-ci sinif şagirdinə elçi getdi - VİDEO + YENİLƏNİB

17 Noy, 2017
14:18
24810

Zaur Kamal 7-ci sinif şagirdinə elçi getdi - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəzər TV”-də Zaur Kamalın aparıcılığı ilə yayımlanan “5-də 5” verilişinin “Elçilik” rubrikasında 15 yaşlı qıza elçi gedilməsi ictimaiyyət tərəfindən tənqidlə qarşılanıb. 7-ci sinif şagirdinin anası qızının oxumaq istədiyini və hələ ərə gedən yaşı olmadığını bildirsə də, oğlan tərəfi bunun mümkün olduğunu deyib.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Qafqazinfo-ya açıqlama verən Zaur Kamal verilişdən qabaq oğlan evinin onu aldatdığını bildirib.

“Mənə demişdilər ki, qızın 17-18 yaşı var. Hətta mən 17 olması ehtimalına da qarşı çıxmışdım. Dedilər ki, 17 olsa, gözləyərik. Biz o fikirlə Ağdama getdik. Qapıda qarşılayan anası qızın 15 yaşı olduğunu deyəndə əvvəlcə elə bildim, qızını verməmək üçün deyir. Sonra içəridə baxdıq ki, həqiqətən də, yaşı az imiş və məsələni yarımçıq qoyduq. Oğlana dedim ki, aldadıldığım bir işə mən qol qoya bilmərəm. Sonra başqasına getdilər və oradan "hə" alınıb. Çəkilişin davamı bu gün efirə veriləcək. Efirdə də söyləyəcəyəm ki, məsələnin davamı necə olub, elçilik dayandırılıb”, - deyə o söyləyib.

***

10.55

“Xəzər TV”-nin “5-də 5“ verilişinin aparıcısı Zaur Kamal “Elçilik” rubrikası üçün 7-ci sinif şagirdinə elçi gedib.

Oxu.Az xəbər verir ki, 15 yaşlı məktəbli qızın anası isə buna etiraz edib.

“Qızımı ərə vermək fikrim yoxdur. Deyir ki, məni o oğlana ərə versəniz, özümü öldürərəm. Məktəbdə oxuyuram, evlənmirəm. Uşaqdır, onun arzuları var. Hələ belə şeylər fikirləşmir”, - deyə ana söyləyib.

Qeyd edək ki, Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapıb. Bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri