17 
Noy
2017
11:50
18
92
4458
Virtual karabakh

Elza Seyidcahan: Yataq səhnələrində çəkilə bilərəm

17 Noy, 2017
11:50
4458

Elza Seyidcahan: Yataq səhnələrində çəkilə bilərəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Elza Seyidcahan cəsarətli açıqlamalarla yadda qalıb. O, aktrisa kimi özünü sınamaq istəyir. Elza Seyidcahan hətta yataq səhnələrində çəkilə biləcəyini deyir.

Oxu.Az xəbər verir ki, müğənni bu barədə Baku.ws-ə açıqlamasında bildirib.

"Sənət olan yerdə hər şey bağışlanar. Əgər rejissorun ssenarisində varsa, çəkilərəm. Orada sənət varsa razı olardım, yatağa da girərdim. Məsələn "Təhminə" filmi, yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərbəsi" o vaxt necə yazılıbsa, indiyə qədər də yadda qalıb. Türk seriallarındakı kimi komedik rolda yox, samballı obrazda çəkilə bilərəm. Mən aktyorları, teatrı çox sevirəm. Allaha şükür edirəm ki, mənə təbii gözəllik verib. Əgər rejissor olsaydım, plastik əməliyyat etdirmiş artisti kinoda çəkməzdim".

Əməkdar artist özünü digər aktrisalardan da üstün tutmadığını deyib: “Bizim Hökümə Qurbanova kimi aktrisalarımız olub. Bu yaxınlarda Amaliya Pənahova Bakı Bələdiyyə Teatrının 25 illik yubileyini qeyd etdi. Bu günə kimi ona heyranam. Mən onun enerjisini hiss etmişəm. Onların sənətlərinə baxaraq teatrı sevmişəm”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri