20 
Noy
2017
15:26
72
54
6889
Virtual karabakh

“American Music Awards – 2017”-nin qalibləri məlum oldu – VİDEO + FOTO

20 Noy, 2017
15:26
6889

“American Music Awards – 2017”-nin qalibləri məlum oldu – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19 noyabrda Los-Anceles şəhərində “American Music Awards – 2017” mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, əsas mükafatı - “İlin artisti” adını Bruno Mars qazanıb. O, eyni zamanda, “İlin klipi” (“That's What I Like”), “Soul /R’n’B janrında ən yaxşı albom” (“24K Magic”) və “Soul /R’n’B janrında ən yaxşı mahnı” (“That's What I Like”) nominasiyaları üzrə də qalib olub.

Kit Urban “Kantri üslubunda ən yaxşı albom” (“Ripcord”) və “Kantri üslubunda ən yaxşı mahnı” (“Blue Ain't Your Color”) mükafatlarına layiq görülüb.

Beyonse “Soul /R’n’B janrında ən yaxşı ifaçı”, Şakira isə “Ən yaxşı latın amerikalı müğənni” seçilib.

“Ən yaxşı rep/hip-pop ifaçısı” Dreyk,  “Ən yaxşı pop/rok ifaçısı” Ledi Qaqa olub.

“YouTube”da rekorda qıran “Despacito” mahnısının ifaçıları Luis FonsiDeddi Yanki “İlin dueti” nominasiyasında qalib gəlib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri