21 
Noy
2017
01:55
115
68
9488
Virtual karabakh

İlin ən çox qazanan müğənniləri açıqlandı – SİYAHI

21 Noy, 2017
01:55
9488

İlin ən çox qazanan müğənniləri açıqlandı – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Forbes jurnalı ilin ən çox qazanan müğənnilərinin reytinqini açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, siyahıya amerikalı müğənni Beyons başçılıq edir.

36 yaşlı ulduz müğənni cari il ərzində 105 milyon ABŞ dolları qazanıb. Bu məbləğə onun sonuncu “Lemonade” albomunun satışından, həmsinin konsert turlarında əldə edilən gəlir daxildir. Bundan əlavə müğənninin şəxsi geyim biznesi var.

29 yaşlı britaniyalı müğənni Adel 69 milyon dollar gəlirlə ikinci olub. Ötən il reytinqə liderlik edən amerikalı Teylor Svift isə bu il üçüncü olub - 44 milyon dollar.  

Kanadalı ifaçı Selin Dion 42 milyon dollar qazancla dördüncü, Cenifer Lopez isə 38 milyon dollarla beşinci yerdə qərarlaşıb. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri