21 
Noy
2017
14:57
9
9
1741
Virtual karabakh

“Nəğd pul”un solisti qrupdan ayrıldı? – VİDEO

21 Noy, 2017
14:57
1741

“Nəğd pul”un solisti qrupdan ayrıldı? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nəğd pul” rep qrupunun solisti Hilal Demo (Ağakişiyev) “Şəhərlər” adlı mahnıya çəkilmiş yeni klipini təqdim edib.

Oxu.Az-a açıqlama verən reper bildirib ki, qrupdan ayrılmayıb, sadəcə, solo ifa etdiyi mahnıya klip çəkdirib.

“Ekran işinin rejissoru və mahnının sözlərinin müəllifi mənəm. Musiqi və aranjiman Nadir ilə Xalisxana məxsusdur. Çəkilişlər üç şəhərdə - Bakı, Tiflis və Batumi baş tutub”, - deyə o söyləyib.

Xatırladaq ki, Azərbaycanın rep qrupu “Nəğd Pul” (Afiq Novruzov və Hilal Ağakişiyev ) 2015-ci ildə  “O səs Türkiyə” müsabiqəsində çıxış edib. Reperlər “Bizi tanımağınıza az qaldı” adlı ifaları ilə münsiflər heyətinin bütün üzvlərini özlərinə tərəf döndərməyi bacarıblar. Onların ifası zalda coşqu yaradıb, lakin mahnı müsabiqəsinin sonrakı mərhələlərində sonadək mübarizə apara bilməyiblər.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri