21 
Noy
2017
15:21
104
46
5607
Virtual karabakh

Miri Yusif “Altın Kələbək Ödülləri”ndən niyə imtina etdi? – VİDEO

21 Noy, 2017
15:21
5607

Miri Yusif “Altın Kələbək Ödülləri”ndən niyə imtina etdi? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn ay Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşan məşhur müğənni Miri Yusif pərəstişkarlarını həm sevindirəcək, həm də təəccübləndirəcək addım atıb.

Oxu.Az xəbər verir ki, hit mahnıların ifaçısı konsert planları ilə bağlı dəyişiklik edərək, iki gün deyil, üç gün konsert verəcəyini açıqlayıb. Müğənnini buna biletlərin hamısının satılması və sevənləri tərəfindən konsert verəcəyi günlərin sayının artırılması təkidi vadar edib. Məhz böyük fanat ordusu və sadiq dinləyicilərinə görə o, dekabrın 10-da Türkiyədə təşkil olunacaq “Altın Kələbək Ödülləri” mükafatlandırma mərasimindən imtina edib. Baxmayaraq ki, müğənni Türkiyənin məşhur simaları ilə yanaşı, “Ən yaxşı kişi pop ifaçısı” nominasiyası üzrə namizədlər siyahısına daxil olunub.

Hər konsertindən sonsuz enerji aldığını müsahibələrində dəfələrlə dilə gətirən ifaçı 8, 9 və 10 dekabr tarixlərində verəcəyi üçgünlük konsertlə pərəstişkarlarına əsl musiqili əyləncə və zövqlü istirahət bəxş etməyə hazırlaşır.

“Mənim üçün dinləyicilərim daha vacibdir. Onları konsertdə sevdikləri hitlər və sürprizlər gözləyir”, - deyə Miri Yusif bildirib.

Solo karyerasına başladığı anda olduğu kimi, bu dəfə də müğənniyə əsas dəstək verən “SS Production”dur. Konsertin sponsoru “Haval” avtomobil şirkətidir. İnformasiya dəstəyi “Xəzər” televiziyası, 100.5 FM, “Araz FM”, Bax.tv video portalı və Oxu.Az saytıdır.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri