21 
Noy
2017
17:47
55
310
7476
Virtual karabakh

Murad Dadaşov yeni layihə təqdim edəcək

21 Noy, 2017
17:47
7476

Murad Dadaşov yeni layihə təqdim edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist, “M Group Production”nın rəhbəri Murad Dadaşov “AğLama” yumoristik layihəsini təqdim etməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, şounun onlayn seçim mərhələsinə istənilən mövzuda “stand up”, monoloq, parodiya, mahnı və ya sadəcə, səhnəciklər hazırlayaraq, həm tək, həm də duet şəklində qatılmaq mümkündür. Şouda iştirak etmək istəyənlər yuxarıda sadalananlar arasından uyğun olan janrı 1 dəqiqəlik video şəklində tanıtım məqsədi ilə [email protected] mail ünvanına göndərməlidirlər. Onlayn seçim mərhələsinin müddəti dekabr ayının 10-dək nəzərdə tutulub.

“AğLama” yumoristik layihəsinin şərtlərinə görə, şounun hər buraxılışında seçim turundan keçən 5 iştirakçı çıxış edəcək. Ümumilikdə, oyun 2 mərhələdən ibarətdir: İlkin mərhələ 5 iştirakçı ilə zalda olan tamaşaçılardan 5 nəfər arasında baş verir. Müəyyən məbləğdə pul uduşu və bu uduşu əldə etmək üçün vaxt təyin olunur. İştirakçı həmin məbləğə sahib olmaq üçün tamaşaçını güldürməyə çalışmalıdır. Buna nail olsa, məbləği o qazanır. Əks halda təyin olunmuş pul uduşunu tamaşaçı əldə edir və yerindəcə həmin məbləği götürür.

İştirakçı qalib olduğu təqdirdə isə məbləğ şounun Uduş Fonduna yatırılır. Uduş Fondundakı vəsaitin miqdarı birinci mərhələdə qalib olan iştirakçıların sayından asılıdır.   

İlkin mərhələdə iştirakçılar hamısı Uduş Fondundakı yatırım üçün komanda olaraq yarışırlarsa, ikinci mərhələdə artıq hər kəs yığılan məbləğ uğrunda tək şəkildə mübarizə aparır. Birinci mərhələdən keçən iştirakçılar növbəti mərhələdə artıq peşəkar münsiflərin qarşısında çıxış edirlər. Onlar iki nəfərdən ibarət təcrübəli münsiflər heyətini güldürməyə çalışır. Yarışmanın sonunda münsiflər kimin onları daha çox güldürdüyünə qərar verir. Qalib olan iştirakçı Uduş Fondunda olan məbləği əldə edir. Əgər qalib bir nəfərdən çoxdursa, o zaman bu pul uduşu onların arasında bərabər şəkildə bölünür. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri