22 
Noy
2017
12:59
19
31
6714
Virtual karabakh

Türkiyə polisi tanınmış müğənnini axtarır – VİDEO + FOTO

22 Noy, 2017
12:59
6714

Türkiyə polisi tanınmış müğənnini axtarır – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə polisi müğənni, aktrisa Banu Alkanı axtarır.

Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Dünya gözəllərim” verilişində müğənni Bülent Ersoy Banu Alkan barəsində “İzmirdə Eylül Metinin kredit kartını alıb, pulunu çəkmisiniz”, - deyib.

Banu Alkan həmkarının sözlərinə etiraz edərək “Elə şey olmayıb. Mən heç kimin pulunu götürməmişəm”, - deyə bildirib.

Eylül Metin isə B.Alkanı yalan danışmaqda ittaham edərək onu məhkəməyə verib və bildirib ki, müğənni onun kartından 7 min 200 lirə (təxminən 3 085,92 manat ) pul çəkib.

Məhkəmə Türkiyədə olmayan Banu Alkan barədə həbs qərarı verib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri