Dek
2017
14:04
35
196
9337
Virtual karabakh

Məşhurlar Yeni ili harada qarşılayacaq? - FOTO

5 Dek, 2017
14:04
9337

Məşhurlar Yeni ili harada qarşılayacaq? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az məşhurlar arasında keçirdiyi “Yeni ili harada qarşılayacaqsınız?” adlı sorğunu təqdim edir.

Xalq artisti Fidan Hacıyeva Yeni ili ailəsi ilə birlikdə İngiltərədə qarşılayacağını bildirib.

“ARB TV”-nin aparıcısı Murad Həşimov Yeni il ərəfəsində haraya yollansa da, 31 dekabr axşamını mütləq evində qeyd edəcəyini söyləyib. O vurğulayıb ki, 2018-ci ilin gəlişini doğulub boya-başa çatdığı evlərində, Şəkidə qeyd edəcək.

Müğənni Afaq Aslan hər il Yeni ili ailə üzvləri ilə birlikdə qeyd etdiyini deyib. O, bu il də ənənəsinə sadiq qalaraq 2018-ci ili Bakıda ailəsi ilə birgə qarşılayacaq.

“100.5 FM”-in aparıcısı Ceyhun Həsənli bildirib ki, Yeni ili tədbirlərin birində qarşılamalı olacaq. Yeni ilin ilk günündə isə ailə üzvləri və doğmaları ilə birlikdə olacaq.

Əməkdar artist Ədalət Şükürov 2018-ci ili ölkədə keçiriləcək tədbirlərdən birində qeyd edəcək.

“Space TV”-nin aparıcısı Aysel Nazimin sözlərinə görə, o, hər ili Yeni ili ailəsi ilə bilikdə Moskvada qeyd edir. Teleaparıcı bu il də ənənəsinə sadiq qalacaq.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri