Dek
2017
15:06
92
311
12928
Virtual karabakh

Türkiyə televiziyası: Azərbaycanlılar bir zəngə türk məhşurları evlərinə aparırlar – VİDEO

7 Dek, 2017
15:06
12928

Türkiyə televiziyası: Azərbaycanlılar bir zəngə türk məhşurları evlərinə aparırlar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur televiziyalarından olan "TV8" telekanalında Azərbaycandan danışılıb. 

Oxu.Az Azxeber.com-a istinadən xəbər verir ki, Türkiyənin "TV8" kanalında yayımlanan "Gəl konuşalım" verilişdə aparıcı Hakan Ural və Seda Akgül Hadisənin Yeni ili Azərbaycanda keçirəcəyini deyiblər. Aparıcılar deyib ki, 1 günlük Yeni il çıxışının qarşılığında Hadisə 1 milyon türk lirəsi (500 min AZN) alacaq.

Hakan Ural daha sonra azərbaycanlıların çox zəngin olduğunu deyib: "Azərbaycanda pul var. Orada elə qadınlar, elə iş adamları var ki, Hadisənin Bakıya 1 günlük gəlməsi üçün o pulu verə bilərlər. Onlar bir zənglə bizim məşhurları məclislərinə, evlərinə aparırlar.

Aparıcı daha sonra türk müğənnilərə edilən hədiyyələrdən də bəhs edib. "Bəzi azərbaycanlı iş adamları türk müğənnilərə hədiyyə də verirlər. Keçən il bir iş adamı ad gününə Tarkanı dəvət etmişdi Bakıya, bundan başqa, biri bahalı saat vermişdi bizim sənətçilərə. 

Azərbaycanda olan pula görə həvəsə düşən aparıcılar bir-iki mahnı yazdırıb Bakıda çıxış etməyə hazır olduqlarını deyiblər.

Müğənni olmazsa belə, hətta şou proqramlarda aparıcılar etməyə də hazr olduqlarını deyiblər. 

Həmin görüntüləri təqdim edirik:

E.C.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri