Dek
2017
18:15
80
433
20943
Virtual karabakh

Xoşqədəm Hidayətqızı Yusif Mustafayevə cavab verdi: Şər atmaq olmaz

9 Dek, 2017
18:15
20943

Xoşqədəm Hidayətqızı Yusif Mustafayevə cavab verdi: Şər atmaq olmaz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəzər” Televiziyasında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı əməkdar artist Yusif Mustafayevin sözügedən proqramda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Oxu.Az-ın “Ölkə.Az”a istinadən məlumatına görə teleaparıcı qeyd edib ki, Yusif Mustafayev aparıcının və verilişin əməkdaşlarının, guya, ona yanlış məlumat verdiyini bildirib:

“Burda bu hadisə ilə bağlı yarım saat başdan axıra kimi süjetlər göstərilib. Yəqin, onun fikri toyların yanında olub. Sən ağlı başında olan insansan. Şər atmaq olmaz. Burada bütün səslər və görüntülər qeyd edilir. Bunu kimsə sənin qulağına pıçıldaya bilməz”.

Qeyd edək ki, müğənni Yusif Mustafayev bir neçə gün öncə sözügedən proqramda qonaq olarkən, dörd qızını və həyat yoldaşını qətlə yetirmiş Salyan sakini Fərhad Əliyevin haqlı olduğunu bildirmişdi.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri