13 
Dek
2017
14:23
24
72
3568
Virtual karabakh

“CinemaPlus”da “Viktoriya və Abdul” premyeradan 3 gün öncə nümayiş olunub

13 Dek, 2017
14:23
3568

“CinemaPlus”da “Viktoriya və Abdul” premyeradan 3 gün öncə nümayiş olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"28 Mall" TM-də yerləşən “CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 11-də real hadisələr əsasında çəkilmiş inanılmaz gözəl və təsirli tarixi dram olan “Viktoriya və Abdul” filminin premyeradan 3 gün öncə nümayişi keçirilib.  

Mükəmməl seçilmiş kostyumlar və qrim, səhnə dekorasiyası və aktyorluq bacarıqları, parlaq effektlər, musiqiçilərin və operatorların möhtəşəm işləri və dəqiq qurulmuş süjet xətti tamaşaçıya sanki Böyük Britaniyada olduğunu hiss etdirir. 

Filmin ssenarisi jurnalist Şrabanş Bosun “Viktoriya və Abdul: Kraliçanın yaxın ətrafının real tarixçəsi” kitabının motivləri əsasında Li Xoll tərəfindən yazılıb. Filmin rejissoru Stiven Frirzdir. Cudi Denç kifayət qədər güclü xarakterli, gözəl kraliça Viktoriyanı oynayıb. Cavan hindli-müsəlman rolunu isə Əli Fazal canlandırıb.

Viktoriya 18 yaşında taxta çıxmaqla Böyük Britaniyanın, İrlandiyanın, daha sonra isə Hindistanın imperatriçəsinə çevrilir. Kraliçanın saysız-hesabsız çalışanlarından biri də Abdul Kərim adlı yaraşıqlı gəncdir. Gəldiyi gündən o, kraliçanın yanında nüfuz qazanır. Onu çoxu qısqanır, hətta onunla bəhsə belə girirlər, kraliça ilə olan münasibəti haqda isə nəinki İngiltərədə, hətta bütün dünyada belə danışılır.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri