14 
Dek
2017
11:39
35
60
13759
Virtual karabakh

Salma Hayek: Mənə çılpaq qadınla sevişməyi təklif etdi - VİDEO

14 Dek, 2017
11:39
13759

Salma Hayek: Mənə çılpaq qadınla sevişməyi təklif etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya ulduzu, aktrisa Salma Hayek kinoprodüser Xarvi Vaynşteynin seksual təzyiqlərindən danışıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “The New York Times”a danışan aktrisa prodüserin ona təcavüz etdiyini iddia edib.

S.Hayek bildirib ki, seksual xarakterli  təzyiqlər 2002-ci ildən - "Frida" filminin çəkilişlərində başlayıb: “Mənə təklif edirdi ki, onunla birlikdə duş qəbul edim, özü, dostları məni masaj etsin. Mənə oral seks təklif edirdi. Mən isə buna razı olmurdum. O, başqa bir qadınla çılpaq səhnədə sevişməsəm, çəkilişləri dayandıracağını deyirdi”.

Aktrisanın sözlərinə görə, prodüserin təzyiqləri ilə bacarmaqda ona Edvard Norton, Antonio Banderas və Eşli Cadd kömək edib.

Xanım ulduz onu da bildirib ki, seksual təzyiqlərlə kifayətlənməyən Vaynşteyn onu dəfələrlə ölümlə hədələyib: "Səni öldürəcəm, elə bilmə ki, bunu bacarmaram".

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri