14 
Dek
2017
14:51
65
282
19165
Virtual karabakh

Təranə Qumral Nazəninə: Gedib türmədə yataram, amma üzr istəmərəm - VİDEO

14 Dek, 2017
14:51
19165

Təranə Qumral Nazəninə: Gedib türmədə yataram, amma üzr istəmərəm - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 “Mən bilmədim bu haqda söhbət olacaq. Çünki heç bir xəbər portalına bu haqda müsahibə vermirəm. İndi gəlmişəm verilişə, cavab verməyə məcburam”.

Bu sözləri müğənni Təranə Qumral "ARB TV"-nin “Səhər-Səhər” proqramına qonaq olarkən illərdir qalmaqal yaşadığı həmkarı, müğənni Nazənin barəsində danışmağa başlayarkən deyib.

Oxu.Az xəbər verir ki, heç bir halda üzr istəməyəcəyini bildirən Təranə sona qədər sözünün üstündə duracağını qeyd edib: “Mən dədəmin qızıyam, dədəm kişi olub. Məni assalar da, kəssələr də, həbs eləsələr də, ölkədən kənara buraxmasalar da, üzr istəməyəcəm. Qanun budur, bunu kəsiblər mənə, ikiəlli razıyam. Mən doğrular üçün üzr istəmirəm. Həqiqəti demişəm, boynuma da alıram, sözümün üstündə durmuşam və sözümün də ağasıyam. Nə olsun ki, bunu ona sübut edə bilməyiblər. Oturub adını da sayaram bir-bir, amma lazım deyil. Bunlar olub-keçib artıq. Yenə deyirəm, əsəbi halda birini o deyib, birini də mən. İndi şəklini də göstərərəm, adını da çəkərəm, nə bilim, nə istəsəniz, edərəm, amma mən buna getmirəm. Cırmaqlayan onlardır. Gedib türmədə yataram, amma üzr istəmərəm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri