14 
Dek
2017
16:30
201
140
8075
Virtual karabakh

Fədayə Laçın apellyasiya şikayəti verdi

14 Dek, 2017
16:30
8075

Fədayə Laçın apellyasiya şikayəti verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həbsdə olan müğənni Fədayə Laçın Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Vəkil bildirib ki, şikayətdə Nəsimi rayon Məhkəməsinin qərarının ləğv edilməsi və Fədayə Laçının istintaq dövründə ev dustaqlığına buraxılması göstərilib: "Hələlik Nəsimi rayon Məhkəməsinin qərarını almamışam. Amma artıq apellyasiya şikayətini vermişəm. Qərarı alandan sonra da şikayəti genişləndirəcəyəm. Şikayət məhkəməyə təqdim olunub".

Xatırladaq ki, Fədayə Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi rayon Məhəkəməsinə müraciət etmişdi. Məhkəmə müraciətə baxsa da, təmin etməyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri