15 
Dek
2017
11:58
349
152
31005
Virtual karabakh

Zaur Kamalın “banan” süjeti Elnarəni əsəbiləşdirdi - VİDEO

15 Dek, 2017
11:58
31005

Zaur Kamalın “banan” süjeti Elnarəni əsəbiləşdirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Elnarə Xəlilova həmkarlarını Zaur Kamalın “5-də 5” verilişini boykot etməyə çağırıb.

Oxu.Az Yenicag.az-a istinadən xəbər verir ki, şou-biznes nümayəndəsi buna səbəb kimi aparıcının efirdə özbaşınalıqlarını göstərib.

O, son olaraq dekabrın 13-də yayımlanan verilişdə Sevil və Sevinc bacılarına banan yedirtmə cəhdini xoş qarşılamayıb və bunu biabırçılıq adlandırıb.

“Abrınız tökülsün! Bəsdir camaatın əsəbi ilə oynadınız. Bəsdir bu millətin tərbiyəsini pozdunuz”, - deyə mövqe sərgiləyən müğənni bu süjeti əxlaqsızlıq hesab edib: “Efirdə bu nə pornoqrafiyadır? Ayıb deyil?”

Daha sonra Elnarə Xəlilova sənətçiləri Zauru boykota dəvət edib: “Bütün sənət adamlarından xahiş edirəm, səsimə səs versinlər. Belə verilişi boykot etsinlər. Özlərini ucuz tutmasınlar. Heyif bizim incəsənətdən…”

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri