10 
Yan
2018
22:57
50
133
16479
Virtual karabakh

Yoxdu belə təqdimat – FOTO

10 Yan, 2018
22:57
16479

Yoxdu belə təqdimat – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə, “Azərbaycanfilm”in istehsalı olan, romantik-komediya janrında çəkilmiş “Yoxdu belə söhbət” tammetrajlı filminin qala gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, “CinemaPlus” - Azərbaycan kinoteatrında baş tutan təqdimatın fərqli cəhəti rok qrupun canlı çıxışı olub. Gecədə bir sıra sənət nümayəndələri, aktyorlar və tanınmışlar iştirak edib.

Ekran əsərində iki həvəskar musiqiçi - Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edilir.

Qeyd edək ki, filmin ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov və Asif Rüstəmovdur  Ekran işinin bəstəkarı isə “Avroviziya” təmsilçimiz DiHajdır. Filmdə rolları Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnunov, Tünzalə Qəhrəman və başqaları canlandırıb.

Pərviz Hüseyn
Foto: Ehtiram Jabi
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri