12 
Yan
2018
18:33
58
321
17067
Virtual karabakh

2018-ci ildə Bakıda görəcəyimiz dəb trendləri – FOTO

12 Yan, 2018
18:33
17067

2018-ci ildə Bakıda görəcəyimiz dəb trendləri – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin dəb trendləri açıqlanıb.

Oxu.Az “Bunlar yenə pulsuz paylanılıb?” deyəcəyiniz trendləri təqdim edir.

Parça saç rezinləri

80-ci illərdən günümüzə bomba kimi düşən parça saç rezinlərini bu il, demək olar ki, bütün xanımlarda görəcəyik.

Çarpaz ipləri olan kiçik bel çantaları

İçində itdiyiniz böyük çantalar bu il trenddən çıxıb, yerini kiçik klatçlara və çantalara verəcək.

Parıltılı geyimlər

Bunun tək səbəbi var – Bu il hər kəs star işığını öz üstündə hiss etmək istəyəcək.

Ağ idman corabları

Artıq ağ corablarla bağlı zarafat edərkən iki dəfə düşünməli olacaqsınız. Bəlkə də, üç... Çünki yumor mövzusuna çevrilən bu corablar 2018-ci ilin dəb listindədir. Kişi və qadın fərq etmədən hər kəsə xitab edən bu trend gözlərinizi çox yoracaq.

Qısa trapes şalvarlar

70-ci illərin dəbini xatırladan bu şalvarları dikdaban və idman ayaqqabıları müşayiət edəcək.

Bənövşəyi

Bu il hətta saçlarda belə bənövşəyi rəng görəcəyik. Ancaq geyimlərə daha çox açıq bənövşəyi rəng hakim olacaq.

Şalvar çılğınlığı

Geridə qoyduğumuz illərdə şalvarlar müxtəlif formalarda qarşımıza çıxdı. Bu çılğınlıq 2018-ci ildə də davam edəcək.

Damalı şalvarlar

Çiçək və gül naxışları

Bleyzer pencəklər

Bu il ruhunuz bleyzer pencəklərlə özünü çox gözəl tərənnüm edəcək.

Şaquli xətli köynəklər

Şaquli xətli köynəklər xüsusilə də yaz və yay aylarında zövqümüzü oxşayacaq.

Kamuflaj naxışlar

2017-ci ildə olduğu kimi, kamuflaj naxışlı geyimlər bu il də dəbdə olacaq.

Kişilərdə də görəcəyimiz kiçik bel çantaları

Pərviz Huseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri