15 
Yan
2018
09:35
54
12
4385
Virtual karabakh

Mustafa Ceceli Çinarə Məlikzadə ilə klip çəkdirir

15 Yan, 2018
09:35
4385

Mustafa Ceceli Çinarə Məlikzadə ilə klip çəkdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni Mustafa Ceceli sosial media vasitəsilə populyarlaşan ifaçı Çinarə Məlikzadə ilə oxuduğu “Vurulmuşam” adlı duetinə klip çəkdirir. 

Oxu.Az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat verib.

Həftəsonu Bakıda olan sənətçi Çinarə ilə fotosunu paylaşaraq onun 14 fevral günü “Bostancı Gösteri Merkezi”ndə səhnəyə çıxacağını da vurğulayıb:

“14 fevralda möhtəşəm səsi ilə Çinarə Məlikzadə “Bostancı”nı “Vurulmuşam bir yara” deyərək coşduracaq. Bakıda duetimizin klipini və irəlidəki yeni proyektlərdən danışdıq”.

Qeyd edək ki, “Vurulmuşam” adlı bəstə Ramal İsrafilovundur. Çinarə Məlikzadə və Sadiq Hacızadənin “cover” versiyası ilə məşhurlaşan mahnı ölkə sərhədlərini də aşıb, Türkiyədə sevilib. Çinarənin səsini və mahnını bəyənən Mustafa Ceceli isə Ramala müraciət edərək musiqi parçasını alıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri