15 
Yan
2018
15:50
14
51
5267
Virtual karabakh

Namiq Qaraçuxurlu yenidən əməliyyat olunacaq – FOTO

15 Yan, 2018
15:50
5267

Namiq Qaraçuxurlu yenidən əməliyyat olunacaq – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ay ayağını sındıran meyxanaçı Namiq Qaraçuxurlu rentgen müayinəsi etdirib.

Oxu.Az xəbər verir ki, verir ki, meyxanaçı bu haqda sosial şəbəkədə paylaşım edərək vəziyyətinin nisbətən yaxşı olduğunu bildirib:

“Mənim üçün nigaran qalıb, “ayağın necə oldu?” sualını verən insanlara məlumat verməyi özümə borc bilirəm. Bu gün əməliyyatımdan bir ay keçdi və rentgen müayinəsinə getdim. Şükür, hələ ki hər şey qaydasında gedir. Həkimlərin məsləhəti ilə ayağıma bağlanan gipsi açdıq və bununla da vəziyyətim bir az da yüngülləşdi. Müəyyən yaraların sağalmasına isə bir ay zaman lazımdır. İçəridə şuruplarla bağlanan titanı bir il yarımdan sonra əməliyyatla xaric edəcəklər.

Ayağa qalxıb yavaş-yavaş gəzmək üçün hələ qarşıda 3-4 həftə var. Sizin dualarınız sayəsində, Allahın mənə verdiyi səbr və güclə bir ayı geridə qoydum. Qayğıma qalan, bunu etmək istəyən, mənim üçün dua edən insanlara təşəkkürüm sonsuzdur”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri