16 
Yan
2018
10:12
521
33
10181
Virtual karabakh

Robert Pattinson müsəlman oldu – İDDİA

16 Yan, 2018
10:12
10181

Robert Pattinson müsəlman oldu – İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya  şöhrətli gənc aktyor Robert Pattinsonun müsəlman olması ilə bağlı xəbərlər yayılıb.

Oxu.Az-ın məlumatına görə, bu iddiaların yaranmasına səbəb onun “New York Times”a verdiyi reportajda işlətdiyi sözlər olub: 

“2010-cu ildə Los-Ancelesdə gəzərkən qarşıma məscid çıxdı. İçəriyə girəndən sonra həyatım dəyişdi. Oradan çıxandan sonra ingilis dilində “Quran-i Kərim” alıb oxudum. Ancaq işlərimin çox olduğuna görə, İslam dini ilə bağlı araşdırmalarım yarımçıq qaldı. Bir il sonra evimi dəyişib yeni mənzilə köçəndə İslam dini haqda kitablarla qarşılaşdım. Bu, mənim üçün tam bir aydınlıq dövrü oldu. Məsələ ilə bağlı daha ətraflı danışa bilmirəm, çünki menecerim qadağa qoyub”, - deyə Robert Pattinson səmimi etiraf edib.

Qeyd edək ki, son illərdə bir çox Hollivud ulduzunun müsəlman olması ilə bağlı mediada xəbərlər çıxır. Bunların sırasında Jan Klod Van Dam və Lindsi Lohan da var.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri