16 
Yan
2018
12:47
71
601
44787
Virtual karabakh

Rafael İsgəndərovun səhhəti pisləşdi – VİDEO + YENİLƏNİB

16 Yan, 2018
12:47
44787

Rafael İsgəndərovun səhhəti pisləşdi – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Əməkdar artist Rafael İsgəndərovun səhhətində problem yaranıb.

Oxu.Az məsələ ilə bağlı sənətçinin oğlu Fuad İsgəndərovla əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında atasının hansı problem səbəbilə əməliyyat olunduğunu deməsə də, hazırda səhhətinin yaxşı olduğunu bildirib:

“Şükür Allaha hər şey yaxşıdır. Narahat olmayın”.

10:38

Əməkdar artist Rafael İsgəndərovun səhhətində problem yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Bu şəhərdə”nin sosial media hesabında məlumat verilib.

Paylaşımda xəstəxanadan videosu yayılan Rafaelin əməliyyat olduğu, həkimlərin onu əməliyyatdan sonra ayıltmağa çalışdığı görünür.

Səhifənin idarəedicisi Müşfiq Abbasov isə həmin paylaşıma “Yüngül əməliyyatdan sonra artıq hər şey keçdi. Dostlara təşəkkür” şərhini yazıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri