18 
Yan
2018
17:25
127
287
14765
Virtual karabakh

Röya çoxdan gözlənilən klipini təqdim etdi – VİDEO

18 Yan, 2018
17:25
14765

Röya çoxdan gözlənilən klipini təqdim etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Röya Ayxan yeni klip çəkdirib.

Oxu.Az xəbər verir ki, sözləri Nüsrət Kəsəmənliyə məxsus olan “Səndən başqa” mahnısını ekranlaşdıran ifaçı bu dəfə türkiyəli rejissor Nihat Odabaşı ilə işbirliyi qurub.

Müxtəlif məkanlarda baş tutan çəkilişlərdə puerto-rikolu model Frederik Valentinlə yanaşı, gənc müğənni Samirə Əfəndi də rol alıb.

Klipin diqqət çəkən məqamlarından biri sevilən ifaçının rəngarəng geyimləri olub. Belə ki, R.Ayxanın libaslarından birini ona N.Odabaşı hədiyyə edib.

Fərqli sujet xətti olan klipdə Röyanın saç və makyajı üzərində məşhur stilist Elnur Həsənov çalışıb.

Çəkilişləri dörd gün davam edən ekran işinin operatoru Yıldız Eren olub. O, daha öncə də Əməkdar artistin “Gemiciler” klipini lentə alıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri